AZ
EN
RU
Biz kimik?
Biz də istirahəti sevirik. Bizim istirahətimiz turizm və otelçilik sahəsi üçün yeni peşəkar kadrlar yetişdirməklə başlayır. Bəli, GOHA bir başlanğıcdır. Turizm və otelçilik sahəsinin inkişafına təkan verən bir başlanğıc. Mədəniyyətin beşiyi olan Azərbaycanda otelçilik sahəsi üzrə yeni bir mədəniyyət formalaşdırmaqla bu adət ənənəni yeni mərhələyə qaldırmağın tam zamanıdır. Biz bunun üçün dünyanın dörd bir tərəfindən cəlb etdiyimiz peşəkarları bir araya gətirərək beynəlxalq xoşməramlılığı, qarşılıqlı anlaşmanı və otelçilik sahəsini inkişafını təmin edirik. Global Online Hospitality Academy olaraq biz dünya otelçilik təcrübəsini Azərbaycanın qonaqpərvərliyi ilə birləşdirməyə hazırıq.  Əgər Siz də bu mədəniyyətin bir parçası olmaq istəyirsinizsə, o zaman GOHA-ya xoş gəlmisiniz.