AZ
EN
RU

Şirkət rəhbərinin müraciəti

Global Onlayn Hospitality Academy Azərbaycanda turizm və otel sektorunda fəaliyyət göstərən şirkətlərin kadr ehtiyaclarını qarşılamaq, o cümlədən sahəyə töhfə vermək məqsədi ilə yaradılmışdır.  Bu gün ölkəmizdə turizm və otelçiliyin inkişafı üçün geniş imkanlar yaradılmışdır. Bu faktorun özü ölkə iqtisadiyyatında bir çox sahələrin inkişafını təşviq edən amil kimi qiymətləndirmək olar.


Biz qonaqpərvərlik və mədəniyyətimizi, otel mədəniyyəti ilə birləşdirərək Azərbaycana gələn qonaqlara göstərmək üçün çalışırıq.  İstəyimiz həm şəhər, həm də bölgələrimizdə yerləşən istirahət məkanlarının qonaq qəbul etmə bacarıqlarını inkişaf etdirməkdir. Bunun üçün də beynəlxalq təcrübəsi olan yerli və xarici təlimçilərimizi bu missiyanın daşıyıcısı olaraq akademiyamıza cəlb etmişik.  Global Onlayn Hospitality Academy olaraq turizm və otelçilik sektorunda olan fəaliyyətimiz cəlb etdiyimiz insan kapitalı sayəsində uğurlu nəticələr verəcəyinə inanırıq. Bunun üçün də bütün gücümüzü səfərbər etməyə davam edirik.  


Hörmətlə, 

Nəsibbəyli Ceyhun


Şirkət rəhbərinin müraciəti
Şirkət rəhbərinin müraciəti