Foundation program Graduation
15-08-2021
20:00:00
AZ 1000, Nərimanov rayon, Əhməd Rəcəbli küç. 33C
29-Yanvar - 24 Aprel 2021 ci ildə əvvəlki adı ilə Hospitality İnsights, yeni adımızla GOHA olaraq Foundation proqramını gənc mütəxəssislər üçün təşkil etdik. 13 moduldan ibarət olan bu proqramda ölkənin qonaqpərvərlik ekspertləri müəyyən mövzularda təlimlər vermişdir. Bu təlim mövzular özəliklə otel idarəetməsində vacib məqamları özündə ehtiva edir.
Dolaysıyla hazırki əmək bazarının tələblərini ödəmək üçün GOHA olaraq bu təlimlərin vacib olduğunu düşünərək təlimlərə start verdik. Proqramın sonunda iştirakçılar sertifikatlarla təltif olundu və gələcək tədbirlər haqqında qısa məlumat verildi. Təltif olunma tədbirimiz partnyor otelimiz olan Arion Oteldə təşkil olunmuşdur. Dəstəyə görə Arion otelinin Baş Müdürü Rasim İbrahimova xüsusi minnətdarlığımızı bildiririk.